Medikal Masaj

Medikal Masaj – tibbi masaj olaraq da tanınır və həkim tərəfindən xəstəyə təklif edilən və profesionallar tərəfindən tətbiq edilən bir masaj növüdür. Medikal masaj sinə və bel istista olmaqla  xarici səthlərdən mərkəzə doğru tətbiq olunur. Hərəkətlər yumşaq və axıcı olur. Xroniki ağrılar və yorğunluqlar üçün istifadə edilən medikal masaj əzələ və hərəkət sisteminə də böyük təsir edir.

Medikal masajın faydaları

  • Bədəndəki ağrıları aradan qaldırır;
  • Qan axışını nizamlayır;
  • Daxili orqanları rahatladır;
  • Əzələdəki yorğunluğu və ağrıları azaldır;
  • Dərini yumşaldır;
  • Bağırsağın hərəkətini artırır, qaz problemlərinin həlinə kömək edir və qarın bölgəsindəki şişliyi azaldır.