Tay Masajı

Tay Masajı – bədən, beyin və ruhun müalicəsinə əsaslanan bir Şərq terapiya növüdür. Tay masajı ağır iş həyatı və stresli günlərin səbəb olduğu mənəvi və fiziki boşluğu aradan qaldırır. Digər masajlardan fərqli olaraq çılpaq bədənə yağlı bir masaj deyil. Tay masajı üçün kətan paltar geyinilir. Tay masajı yarı sərt vəziyətdə aparılır. Bu masajda ən az altmış növ dartma, çəkmə hərəkətləri tətbiq edilir. Tay masajı əzələləri boşaltmaq, bəzi bölgələrdəki şişliyi azaltmaq, burxulma kimi yaralarda yaxşılaşmağı sürətləndirmək məqsədilə tətbiq edilir.

Tay Masajının faydaları:

  • əzələ ağrısı və spazmları yaxşılaşdırır;
  • sinir sistemini yaxşılaşdırır;
  • Enerji səviyyesini artırır;
  • Yorğunluq, oynaq və baş ağrılarını azaldır;
  • Qan dövranını yaxşılaşdırır.