Bali Masajı

Bali Masajı – İndoneziyanın Bali bölgəsinə xas bir masaj növüdür. Bədəndəki enerji nöqtələri üzərində edilən təzyiqlər, yumşaq vuruşlar və dartınma hərəkətləriylə səthdəki əzələ toxumasını keçərək çox daha dərinlərinə qədər təsir edir.Bu masaj bədənin bütün enerji mərkəzlərini balanslaşdırır və bütün daxili sistemlərin inteqrasiyasına imkan verir. Bali masajı digər masaj növlərindən fərqli olaraq başdan deyil ayaqdan başlanır. Bunun səbəbi isə bədənin hər tərəfindəki sinir uclarının ayağın altındakı müəyyən nöqtələrə birbaşa bağlı olmasıdır.

Bali masajının faydaları:

  • Rahatlaşdırıcı və tarazlayıcı xüsusiyətə malikdir;
  • Bədəndəki bütün enerji mərkəzlərinin tarazlaşdırır;
  • Bütün daxili sistemlərin bir-birləri ilə inteqrasiya olunmasını təmin edir;
  • Əzələlərdə meydana gələn gərginlikləri aradan qaldırılır;
  • Bütün bədən və zehində fövqəladə bir rahatlama əldə edilir.