Aurveda Masajı

Aurveda Masajı – insanların stressdən uzaqlaşıb rahatlamasına, əzələlərdəki ağrıların azalmasına və yuxunun tənzimlənməsinə köməkçi olan bir masaj növüdür. Bu masaj isti bitki yağları ilə edilir. Aurveda masajının məqsədi, pozulmuş olan daxili tarazlığı tənzimləməkdir. Masaj həm rahatlaşdırır, həm də zehin, bədən və ruh arasındakı ünsiyyəti və tarazlığı yenidən təmin etmək üçün aparılır.

Aurveda masajının faydaları:

  • Həm ruhi, həm də fiziki rahatlama təmin edir;
  • İstifadə edilən xüsusi yağlar sayəsində ağrıları və tutulmaları aradan qaldırır;
  • Linfa sistemindəki dövranı canlandırır və gücləndirir;
  • Həyat gücünün artması üçün bədəni təmizləyir;
  • Dərini daha canlı və yumşaq edir, eyni zamanda yaşlanmanın qarşısını alır;
  • Stressi azaldaraq fiziki rahatlıq təmin edir.