Şiatsu Masajı

Şiatsu Masajı – əllər və barmaqların fərqli texnikalarından istifadə edərək müalicə məqsədlilə edilən bir Şərq masajı növüdür. Şiatsu masajının məqsədi, dərinin səthini baş xəttləri boyunca masaj edərək bədəndəki enerjinin düzgün şəkildə axışını yenidən təmin etməkdir. Şiatsu fiziki və zehni sağlamlığı qorumaq, xəstəliyi yaxşılaşdırmaq, narahatlığı sakitləşdirmək üçün bədəndəki xüsusi nöqtə və bölgələrə təzyiq tətbiq olunmasını təmin edir.

Şiatsu masajının faydaları:

  • Xroniki bel və boyun ağrılarına kömək edir;
  • Stresi azaldır;
  • Ürək bulanması və qusmanı azaldır;
  • Qan dövranını yaxşılaşdırır və immunitet sistemini gücləndirir;
  • Yuxusuzluğu azaldır;
  • İshal, mədə pozğunluğu, qəbizlik və mədə-bağırsaq sistemin digər pozğunluqlarının müalicəsinə kömək edir;
  • Diş ağrısı, narahatlıq və depressiyanın müalicəsi üçün istifadə edilir.