Sport Masaj

Sport Masaj – idmançılar üçün nəzərdə tutulan bir masaj növüdür və idman tədbirlərindən əvvəl və ya sonra edilir. Sport masaj  zədələrin qarşısını almağa, idman fəaliyyətləri üçün bədəni hazır vəziyətə gətirməyə və idmançıları idmanın yorğunluğu və zədələrərindən qurtarmağa kömək etmək üçün istifadə edilir. Bu masajı klassik masajdan fərqləndirən əsas xüsusiyyət ritm, müddət və təzyiq miqdarının fərqli olmasıdır.

Sport masajın faydaları:

  • Sinirlərdəki və əzələlərdəki ağrını azaldır;
  • Təlim və yarış zamanı gərginlik və narahatlığı aradan qaldırır;
  • Zədələrin tez sağalmağına kömək edir;
  • Əzələ gərilməsinin qarşısını alır;
  • Müalicə müddətini azaldır;
  • Fiziki stresi azaltmağa kömək edir.