Ağır iş həyatının bədəninizə yüklədiyi stress, yorğunluq və qayğılardan azad olmaq üçün ehtiyaciniz olan tək şey özünüzə vaxt ayırmaqdır. Rahatlıq və gigiyenanı ön planda tutan mərkəzimizdə ruhunuz və bədəniniz istirahət edəcək və şəhər həyatının gətirdiyi stress və gərginlikdən uzaqlaşa biləcəksiniz. Təcrübəli işçilərimizlə sizə təklif etdiyimiz masaj növləri sizə fiziki yenilənmə və mənəvi təmizlənmə təmin edəcək.
Sizə türk hamamı, kisə və köpük masajı, adi və vip masajlar, buxar otağı, buz çeşməsi, duz otağı, buxar çəlləkləri, bəy hamamı və restoran xidmətləri təqdim edirik.
Günün yorğunluğu və stresindən qurtulub yeni günə daha gümrah və enerjili başlamaq üçün sizə kömək edəcəj bir masaj növüdür. Antistress masajı yavaş və ritmik hərəkətlərlə edilən masajdır. Yuxarıdan başlayaraq yumşaq bir şəkildə aşağıya doğru enişlər edilir və bunun sayəsində bədəndəki toxumalar və əzələlər tamamən rahatlaşır.
Bitkilərdən əldə edilmiş qarışıqlardan hazırlanan masaj yağlarını istifadə edərək tətbiq edilən bir masaj növüdür. Rahatladıcı və yumşaldıcı xüsusiyətə sahib bir masajdır. Şəfali ot və çiçək yağları ilə hazırlanmış bu masaj həm dərini qidalandırır həm də xoş ətir verici xüsusiyyətə malikdir. Aromaterapiya masajında istifadə edilən uçucu yağlar burunun içərisindəki limbik sisteme təsir ederek tahatlıq təmin edir.
Qızdırılmış daşlardan istifadə edərək istinin bədənin dərinliklərinə nüfuz etməsini təmin edən masaj növüdür. Vulkanik daşlarla Masaj uzun müddət istini tutma xüsusiyyətinə malik daşlarla edilir.
Tibbi masaj olaraq da tanınır və həkim tərəfindən xəstəyə təklif edilən və profesionallar tərəfindən tətbiq edilən bir masaj növüdür. Medikal masaj sinə və bel istista olmaqla xarici səthlərdən mərkəzə doğru tətbiq olunur. Hərəkətlər yumşaq və axıcı olur. Xroniki ağrılar və yorğunluqlar üçün istifadə edilən medikal masaj əzələ və hərəkət sisteminə də böyük təsir edir.
İdmançılar üçün nəzərdə tutulan bir masaj növüdür və idman tədbirlərindən əvvəl və ya sonra edilir. Sport masaj zədələrin qarşısını almağa, idman fəaliyyətləri üçün bədəni hazır vəziyətə gətirməyə və idmançıları idmanın yorğunluğu və zədələrərindən qurtarmağa kömək etmək üçün istifadə edilir. Bu masajı klassik masajdan fərqləndirən əsas xüsusiyyət ritm, müddət və təzyiq miqdarının fərqli olmasıdır.
İsidici təsiri olan kremlər və ya bitki yağları ilə bütün bədənə yaxud hər hansı bir bölgəyə tətbiq olunan bir masaj növüdür. Bir neçə masaj növünün tətbiq olunduğu qarışıq masajdır. Miks terapiya masajı fərqli masaj üsulları sayəsində bədən müqavimətinin artırılmasına istiqamətlənmişdir. Bu masaj sayəsində yaşadığınız bütün mənfi enerjini üzərinizdən ataraq istirahət edəcəksiniz. Şəhərlərin sıxlıq həyatına qarşı bədəninizi və ruhunuzu dinc tutmaq üçün bu masaj üsulunu tətbiqiniz ən doğrusu olacaq.
Ovuc içi ilə birbaşa əzələyə tətbiq olunan bir masaj növüdür. Bu sürtünmə üsulu ilə əzələlər aktivləşir və qan dövranını sürətlənir. İsveç masajı bədəndəki oksigen səviyyəsini artıraraq bədəni rahatlaşdırmağa və əzələ toksinlərini azaltmağa kömək edir. İsveç Masajı bədəni rahatlatmaq və hərəkətə gətirmək üçün tətbiq olunan ən yaxşı masaj növlərindən biridir.
İndoneziyanın Bali bölgəsinə xas bir masaj növüdür. Bədəndəki enerji nöqtələri üzərində edilən təzyiqlər, yumşaq vuruşlar və dartınma hərəkətləriylə səthdəki əzələ toxumasını keçərək çox daha dərinlərinə qədər təsir edir.Bu masaj bədənin bütün enerji mərkəzlərini balanslaşdırır və bütün daxili sistemlərin inteqrasiyasına imkan verir. Bali masajı digər masaj növlərindən fərqli olaraq başdan deyil ayaqdan başlanır. Bunun səbəbi isə bədənin hər tərəfindəki sinir uclarının ayağın altındakı müəyyən nöqtələrə birbaşa bağlı olmasıdır.
Bədən, beyin və ruhun müalicəsinə əsaslanan bir Şərq terapiya növüdür. Tay masajı ağır iş həyatı və stresli günlərin səbəb olduğu mənəvi və fiziki boşluğu aradan qaldırır. Digər masajlardan fərqli olaraq çılpaq bədənə yağlı bir masaj deyil. Tay masajı üçün kətan paltar geyinilir. Tay masajı yarı sərt vəziyətdə aparılır. Bu masajda ən az altmış növ dartma, çəkmə hərəkətləri tətbiq edilir. Tay masajı əzələləri boşaltmaq, bəzi bölgələrdəki şişliyi azaltmaq, burxulma kimi yaralarda yaxşılaşmağı sürətləndirmək məqsədilə tətbiq edilir.
Əllər və barmaqların fərqli texnikalarından istifadə edərək müalicə məqsədlilə edilən bir Şərq masajı növüdür. Şiatsu masajının məqsədi, dərinin səthini baş xəttləri boyunca masaj edərək bədəndəki enerjinin düzgün şəkildə axışını yenidən təmin etməkdir. Şiatsu fiziki və zehni sağlamlığı qorumaq, xəstəliyi yaxşılaşdırmaq, narahatlığı sakitləşdirmək üçün bədəndəki xüsusi nöqtə və bölgələrə təzyiq tətbiq olunmasını təmin edir.
İnsanların stressdən uzaqlaşıb rahatlamasına, əzələlərdəki ağrıların azalmasına və yuxunun tənzimlənməsinə köməkçi olan bir masaj növüdür. Bu masaj isti bitki yağları ilə edilir. Aurveda masajının məqsədi, pozulmuş olan daxili tarazlığı tənzimləməkdir. Masaj həm rahatlaşdırır, həm də zehin, bədən və ruh arasındakı ünsiyyəti və tarazlığı yenidən təmin etmək üçün aparılır.
İki masajistin eyni vaxtda bir birlərinin hərəkətlərini təqib etdiyi bir masaj növüdür. Başınızdan ayaq barmaqlarınıza kimi hiss edəcəyiniz bu masaj bədəninizdə enerjinin tarazlaşmasını təmin edər və negativ enerjinin pozitiv enerji ilə əvəz olunmasına kömək edər. Fərqli masaj növlərini birləşdirən Sultan masajının çoxlu faydaları vardır.
Aurveda Masajı – insanların stressdən uzaqlaşıb rahatlamasına, əzələlərdəki ağrıların azalmasına və yuxunun tənzimlənməsinə köməkçi olan…
Daha ƏtraflıŞiatsu Masajı – əllər və barmaqların fərqli texnikalarından istifadə edərək müalicə məqsədlilə edilən bir Şərq…
Daha ƏtraflıBali Masajı – İndoneziyanın Bali bölgəsinə xas bir masaj növüdür. Bədəndəki enerji nöqtələri üzərində edilən…
Daha ƏtraflıQədimi yeməkləri ilə zəngindir .
Bir çox mətbəxləri özündə birləşdirir.
Öz rəngbərəngliyi və dad zənginliyinə görə dünyada ən ön siralardadır.
İsti və sərin içkiləri ilə rahat istirahət etməyinizi təmin edəcək.
Ağır iş həyatının bədəninizə yüklədiyi stress, yorğunluq və qayğılardan azad olmaq üçün ehtiyaciniz olan tək şey özünüzə vaxt ayırmaqdır. Rahatlıq və gigiyenanı ön planda tutan mərkəzimizdə ruhunuz və bədəniniz istirahət edəcək və şəhər həyatının gətirdiyi stress və gərginlikdən uzaqlaşa biləcəksiniz. Təcrübəli işçilərimizlə sizə təklif etdiyimiz masaj növləri sizə fiziki yenilənmə və mənəvi təmizlənmə təmin edəcək.
Sabunçu ray, Bakıxanov qəs, Muxtar Fətəliyev 90
Tel: 012 565-43-03
Email: info@lava.az