Antistress Masaj

Antistress Masaj – günün yorğunluğu və stresindən qurtulub yeni günə daha gümrah və enerjili başlamaq üçün sizə kömək edəcəj bir masaj növüdür. Antistress masajı yavaş və ritmik hərəkətlərlə edilən masajdır. Yuxarıdan başlayaraq yumşaq bir şəkildə aşağıya doğru enişlər edilir və bunun sayəsində bədəndəki  toxumalar və əzələlər tamamən rahatlaşır. Bu masaj üzdəki, başdakı, boyundakı, beldəki və ayaq dabanındakı ağrıları aradan qaldıraraq rahatlamağınıza kömək edir. Həmçinin bu masaj immunitet sisteminin güclənməsinə və qan axışını nizamlanmasına da kömək edəcək. Antistress masajının ən önəmli təsirlərindən biri əzələlər üzərində olan təsiridir. Belə ki, əzələlədəki gərginlik və sıxlığı aradan qaldıraraq əzələ ağrılarını yox edir. Əzələlər daha güclü və müqavimətli hala gəlir.